• $
  • €
  • ₽
  • ₺
  • £

Səudiyyə Ərəbistanı yüngül neftin qiymətini artıra bilər

Səudiyyə Ərəbistanı yüngül neftin qiymətini artıra bilər
02.06.2021 21:00
Ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı Asiya üçün yüngül neftin iyul ayı üzrə rəsmi buraxılış qiymətlərini (OSP) bir qədər artırmağı planlaşdırır.


Anews.az "Reuters” agentliyinə istinadən xəbər verir ki, xammala olan güclü oriyentirlərə baxmayaraq, zəif marja və tələblə bağlı qeyri-müəyyənliklər artım potensialını məhdudlaşdırır.


Asiyanın 5 neft emalı müəssisəsindən olan mənbələr Səudiyyə Ərəbistanının "Arab Light” markalı neftinin bir barreli üçün iyul ayı üzrə rəsmi buraxılış qiymətlərinin 0,10 ABŞ dolları dəyərində bahalaşacağını gözləyirdilər. Proqnozlar isə qiymətlərin dəyişməyəcəyindən tutmuş bir barrel üçün 0,20 ABŞ dolları dəyərində bahalaşmayadək dəyişir.


Üç respondentin sözlərinə görə, Asiyada, xüsusilə də mazut üçün neft emalının zəif marjası Səudiyyə Ərəbistanı neftinin daha ağır çeşidləri üçün iyul ayı üzrə rəsmi buraxılış qiymətlərinin azalmasına səbəb olacaq. Onlar "Arab Medium” markalı neftin bir barrelinin 0,10-0,30 ABŞ dolları, "Arab Heavy” markalı neftin bir barrelinin 0,40–0,70 ABŞ dolları dəyərində bahalaşacağını proqnozlaşdırırlar.


Səudiyyə Ərəbistanında hasil olunan xam neftin rəsmi buraxılış qiymətlərini adətən hər ayın 5-i dərc olunur və İranda, Küveytdə və İraqda qiymət tendensiyalarını formalaşdırmaqla, Asiyaya satılan gündəlik 12 milyon barreldən çox xam neftin qiymətinə təsir göstərir.


Yerli neft nəhəngi "Saudi Aramco”nun nümayəndələri prinsipial olaraq krallığın aylıq rəsmi buraxılış qiymətlərini şərh etmirlər.


Qeyd edək ki, Səudiyyə Ərəbistanının iyun ayında rəsmi buraxılış qiymətlərini aşağı salması rəsmi Ər-Riyadın bazardakı pay uğrunda qiymət müharibəsinə başlaması ilə bağlı narahatlıq yaratmışdı.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol