• $
  • €
  • ₽
  • ₺
  • £

Yüksək pullar mənimsəyən məmurlar məsuliyyətə cəlb olunacaq yoxsa yox? - DEPUTAT

Yüksək pullar mənimsəyən məmurlar məsuliyyətə cəlb olunacaq yoxsa yox? - DEPUTAT
09.06.2021 13:40
Azərbaycanda bəzi qurumlar var ki, yüksək məbləğdə borcları var. Mənə maraqlıdır bu borca görə kimsə məsuliyyətə cəlb olunacaq yoxsa yox?


Bu sözləri anews.az-a açıqlamasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü millət vəkili Rüfət Quliyev deyib. 


Hesablama Palatasının 2020-ci ilinin rəyinin müzakirəsində gördük ki, bəzi qurumlar çox yaxşı işləyib, bəziləri isə əksinə böyük pullar mənimsəyib. Palatanın yoxlanışları hazırda da davam edir. Açıqladığı nəticələrə görə məsələn Bakı Nəqliyyat Agentliyi. Qeyd edib ki, bu qurumda 800 min manat əlavə pul xərclənib və Hesablama Palatası həmin pulu geri qaytardıb. Əlavə olaraq 125 min manat debitor borcunu da Hesablama Palatası ödətdirib. Bu cür hallar təkcə o qrumda deyil. Başqa məmurlarda da belə hallar baş verir. Maraqlıdır bu cür halların qarşısını almaq üçün kimsə məsuliyyətə cəlb olunacaqmı? 1 milyona yaxın pul az deyil. Bizdə elə qurum var ki, 2011-ci ildə 145 milyon qazancı olub, amma bu gün 7 milyard borcu var. Hamısı da xarici banklardan götürülən pullardır. Nəticədə bu pulların ödənməsi üçün hamımızın cibindən çıxılacaq. Bu cür dövlət qurumların rəhbərlərini tənqid edəndə narazı qalırlar. Azərbaycanda yaxşı işləyən dövlət qurumlarını da nümunə çəkmək mütləqdir. Məsələn bugün "Azəriqaz” "Azərenerji” "Azərişıq” çox yaxşı fəaliyyət göstərir. Əvvəl məmurları tənqid etmək çətin idi, düşmənçilik edirdilər, indi isə bu proses yoluna düşüb . Ümid edirəm ki, bu qədər tənqidlərdən məmurlar nəticə çıxarar” – deyə deputat əlavə edib. 


Gülnar Nazimqızı
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol