• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank tələbələr üçün yay təcrübə proqramını elan edir

Yelo Bank tələbələr üçün yay təcrübə proqramını elan edir
11.06.2021 17:29
Yelo Bankdan tələbələr üçün "Summer Challenge 2021” təcrübə proqramı


Yelo Bank bacarıqlı və parlaq peşakarlara üstünlük verdiyi kimi, istedadlı, amma təcrübəsi olmayan gəncləri də düşünərək onlar üçün peşəkar inkişaf imkanları yaratmağa çalışır. Bu məqsədlə, Yelo karyerasını bank sahəsində qurmaq istəyən 3-cü və 4-cü kurs tələbələri üçün yay təcrübə proqramını elan edir.
Tələbələr işgüzar mühitə düşərək yeni biliklər və bacarıqlar əldə etməklə yanaşı, təcrübə proqramını uğurla başa vurduqdan sonra iş imkanı da əldə edə biləcəklər. İş həyatına bank sahəsində başlamaq və aşağıdakı istiqamətlər üzrə təcrübə toplamaq istəyən gənclər müraciət edə bilər:
• Maliyyə
• İnsan kapitalı
• Marketinq (reklam, dizayn)
• Müştəri xidməti
• Əməliyyat/istehlak
• Biznes (mikro kreditlər)
• Keyfiyyətə nəzarət
• Kreditlərin bərpası
• İT, proqramlaşdırma
• Biznes analitika 
Qeyd edək ki, ilkin seçimlər zamanı müraciət etmiş namizədlərin CV–lərində özlərini təqdim etmə, CV-nin düzgün qurulması, oxuduqları istiqamət, dil bilikləri və özünüinkişaf, keçdiyi təlimlər, öyrəndikləri kompüter proqramları və s. kimi detallara önəm veriləcək.
Müraciət etmək istəyən tələbələr 20 iyun tarixinədək məktubun başlığında "Summer Challenge 2021” və təcrübə keçmək istədiyi sahəni qeyd edərək CV-lərini [email protected]  elektron ünvanına göndərə bilər. Yerlər məhduddur, bu şansdan yararlanmağa tələsin. Proqrama qoşularaq karyera imkanlarından faydalana və Yelo ailəsinin üzvü ola bilərsiniz.


Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook və Instagram hesablarımıza yazın, məmnuniyyətlə cavablandıraq!



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol