Azərbaycanda faydalı qazıntıların istismarı ilə bağlı 10-dan çox hərrac keçiriləcək

Ekologiya və Təbii sərvətlər Nazirliyi 2021-ci ilin İlin sonuna kimi Azərbaycanın faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı 10-dan artıq hərrac keçirəcək, bu barədə Anews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir Qurbanov email vasitəsi ilə məlumat verib.
Gülnar Nazimqızı
www.anews.az
"Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birgə 2021-ci ilin sonuna kimi faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı 10-dan artıq hərracın keçirilməsi planlaşdırılır", - deyə Samir Qurbanov bildirib.
Onun sözlərinə görə, 2021-ci il iyunun 23-də nazirlik Füzuli rayonunda yerləşən "Horadiz" qum-çınqıl yatağı, 2021-ci il iyulun 12-də isə Qobustan rayonundakı "Atyalı" dolomit yatağının istismarı üzrə tender keçirəcək.
Xatırladaq ki, infiyə kimi Azərbaycan təbii ehtiyatların istismarı ilə bağlı iki tender keçirib. Onlardan birincisi 2021-ci il aprelin 22-də baş tutub. Tenderin qalibi "Faxraddin-K" şirkəti olub. Göy-göl-1 gil yatağı bu şirkətin istismarına verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























