• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank müştərisi kartında saxladığı və xərclədiyi vəsaitə daha yüksək gəlir qazanacaq

Unibank müştərisi kartında saxladığı və xərclədiyi vəsaitə daha yüksək gəlir qazanacaq
16.06.2021 13:11
Unibank yeni strategiyası çərçivəsində nağdsız ödənişlərin həcminin artırılması istiqamətində daha bir yenilik edib. Müştəri məmnuniyyətini artırmaq və nağdsız ödənişləri stimullaşdırmaq üçün iyunun əvvəlindən nağdsız ödənişlərdə daha yüksək cashback və kart hesab qalığına daha yüksək faiz sistemi tətbiq olunur. Yeni sistemlə "Unibank”ın kredit və debet kartı ilə alış-veriş edənlər, eləcə də öz vəsaitini debet kartda saxlayan müştərilər illik 5%-dək əlavə gəlir qazanmaq imkanı əldə edirlər (https://www.youtube.com/watch?v=llPiDKv3hBg).
Hər ay qazanılan cashback vəsaiti və yaxud kart qalığına hesablanmış əlavə faizlər növbəti ayın ilk günü müştərinin kart hesabına köçürülür. Şərtlər haqda ətraflı bankın saytından (https://unibank.az/cards/goto?language=az&name=cashback) öyrənmək mümkündür. 


Bazardakı bank kartlarının müqayisəsi göstərib ki, Unibank kartları ən çox qazandıran kart məhsullarındandır. Son 1 ildə Unibank müştəriləri 1 milyon manatdan çox cashback, kart qalığına isə 1,2 milyon manatdan çox vəsait qazanıblar.


Unibank hazırda yüz minlərlə ödəniş kartı ilə müştərilərinin xidmətindədir. Kart sahibləri asanlıqla və çox rahat, təhlükəsiz şəkildə öz kartları ilə alış-veriş edə bilirlər. Bank kartlarına xidmətin "Unibank”ın öz Kart Prosessinq Mərkəzinə köçürülməsi, kart istifadəçilərinə bir çox üstünlüklər qazandırıb. Bank kartlarının "Unibank"ın öz Prosessinq Mərkəzi tərəfindən idarə edilməsi, ödəniş kartları və nağdsız ödənişlər istiqamətində daha çevik və effektiv olmasına imkan verir. Prosessinq mərkəzi "Unibank"ın yüz minlərlə kart müştərisinin istəklərinə cavab verən çeşidli, innovativ məhsullar və geniş xidmət təqdim etməkdədir. 


Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.


Unibank-Sənin Bankın!



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol