• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Trans-Baltik kəməri ilə Ukraynaya qaz ixrac edə bilər

Azərbaycan Trans-Baltik kəməri ilə Ukraynaya qaz ixrac edə bilər
18.06.2021 15:59
Azərbaycan Ukraynaya qaz tədarükü ilə bağlı yeni mənbələrdən biri ola bilər.

"Report”un "Ukrinform”a istinadən verdiyi məlumata görə, bunu Ukraynanın Qaz Nəqli Operatoru Sisteminin müştərilərlə iş şöbəsinin müdiri Andrey Prokofyev enerji sahəsində əməkdaşlıq üzrə Ukrayna-Azərbaycan işçi qrupunun 4-cü iclasında çıxışı zamanı bildirib.

"Biz Ukrayna ilə Azərbaycanın neft-qaz şirkətləri arasındakı əməkdaşlığı çox yüksək qiymətləndiririk və bunun inkişafında maraqlıyıq. Vacib olanı isə budur ki, Azərbaycan tərəfinin də Ukraynaya qaz tədarükü imkanlarını inkişaf etdirmək üçün marağı var”, - deyə o bildirib.

Hazırda Azərbaycandan Ukraynaya təbii qazın nəqli Türkiyə ərazisindən və daha sonra Trans-Balkan boru kəməri ilə mümkündür.

Ukrayna Qaz Nəqli Sistemi Operatoru 2020-ci ilin avqust ayında müştərilərinin istəyi ilə ilk dəfə Trans-Balkan qaz dəhlizi ilə Yunanıstandan Bolqarıstanın və Rumıniyanın qaz nəqli sistemləri vasitəsilə Ukraynaya revers qaz nəqlini həyata keçirib. Bu da Trans-Balkan marşrutunun texniki imkanlarını nümayiş etdirmiş olub.

2020-ci ildən bəri Ukrayna ilə Avropa ölkələri arasında dövlətlərarası əlaqə nöqtələrinin istismarı Avropa İttifaqının Üçüncü Enerji Paketinin tələblərinə uyğun olaraq, üçüncü tərəflərin hərraclar yolu ilə imkanlara sərbəst girişini təmin edir.


A. Prokofyev əlavə edib ki, Ukraynanın Qaz Nəqli Sistemi Operatoru idxal imkanlarını artırmaq üçün Trans-Balkan marşrutu boyunca təbii qaz nəqlinin inkişafı üzrə Rumıniya və Moldovadan olan tərəfdaşları ilə əməkdaşlığı davam etdirir: "Bu da Azərbaycandan olan tərəfdaşlarla əməkdaşlığın inkişafı üçün daha yaxşı şərait yaradacaq”.


Ukraynada illik təbii qaz istehlakı təxminən 30 mlrd kubmetr təşkil edir. Bunun da təxminən illik 20 mlrd kubmetri daxili istehsalı sayəsində ödənilir. İdxal olunan qaza tələbat isə təxminən 10 mlrd kubmetr təşkil edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol