• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell AVRO-2020-də yüksəkkeyfiyyətli mobil şəbəkə təqdim edir!

Azercell AVRO-2020-də yüksəkkeyfiyyətli mobil şəbəkə təqdim edir!
19.06.2021 10:18
Ölkəmizdə keçirilən futbol üzrə Avropa çempionatının oyunlarında lider mobil operator gücləndirilmiş iş rejimində çalışır

"Azercell Telekom” MMC Bakıda keçirilən AVRO-2020 oyunlarında abunəçilərini müasir və yüksəkkeyfiyyətli rabitə xidmətləri ilə təmin edir. Bu il futbol üzrə Avropa çempionatı çərçivəsində 4 oyunun paytaxtımızda təşkil edildiyini diqqət mərkəzində saxlayan lider mobil operator Bakı Olimpiya stadionunda, eləcə də ətraf ərazilərdə şəbəkənin gücləndirilməsi istiqamətində müvafiq işlər həyata keçirib. 

Futbol azarkeşlərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağı hədəfləyən Azercell ərazidə şəbəkənin tutumunu dəfələrlə artırıb. Qeyd edək ki, stadion daxilində ümumi mobil şəbəkə infrastrukturu məhz Azercell tərəfindən quraşdırılıb. Məkan  innovativ şəbəkə həlləri ilə təchiz edilib.  Həmçinin hazırda ərazidə Azercell-in səyyar mobil Radio Baza Stansiyası da fəaliyyət göstərir. Stadionda yüksəksürətli mobil internet xidmətləri təqdim edən Azercell tamaşaçılara oyunlardan təəssüratlarını dərhal paylaşmaq, sosial şəbəkələrdə canlı yayım etmək imkanı yaradıb. 

AVRO-2020 çempionatına texniki hazırlıq çərçivəsində aparılan işlər qonaqların yerləşdiyi otelləri də əhatə edib. Belə ki, mehmanxanalara xidmət verən stansiyalarda şəbəkənin keyfiyyətinin yoxlanılması istiqamətində aktiv işlər aparılır. Əlavə olaraq, Azercell paytaxtımızın qonaqlarına yüksəkkeyfiyyətli rominq xidmətləri təqdim etmək üçün tərəfdaş operatorlarla daima əlaqədədir və mütamadi olaraq müvafiq test işləri həyata keçirir. 

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə ilk mobil infrastrukturu quraşdıran "Azercell Telekom” MMC-nin ölkə ərazisi üzrə əhatə dairəsi 94%, ölkə əhalisi üzrə isə 98,7% təşkil edir. Təkcə son 2 il ərzində lider mobil operator LTE şəbəkəsinin əhali üzrə əhatə dairəsini 35,9%-dən 85,5%-ə, coğrafi dairəsini isə 22,5%-dən 73,3%-ə qədər genişləndirib. Hazırda bu texnologiya ilə işləyən Radio Baza Stansiyaların ümumi sayı isə 2775-ə çatdırılıb. 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol