“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib

23 iyun 2021-ci il tarixində Azərbaycan Beynəlxalq Bankının Bakı şəhəri, Nizami küçəsi - 67 ünvanında yerləşən Baş ofisində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. Pandemiya şəraitində səhmdarların sağlamlığının qorunması məqsədilə səsvermə qiyabi olub.
Toplantıda "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2020-ci il üzrə maliyyə hesabatı təsdiqlənib. Bankın yeni inkişaf strategiyasının icrası nəticəsində son illərdə kapital mövqeyi, maliyyə dayanıqlılığı və mənfəətliliyi təmin edilib. 2020-ci ilin maliyyə nəticələrinə əsasən, bank səhmdarlarına dividendin ödənilməsi məsələsinə baxılıb və ötən ilin mənfəətindən 127 milyon manat dividendin ödənilməsinə qərar verilib.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı xidmət imkanları ilə bağlı məlumatları www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























