• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Şimali Makedoniya ilə əməkdaşlıq edəcək

Azərbaycan Şimali Makedoniya ilə  əməkdaşlıq edəcək
25.06.2021 18:30
Türkiyənin İzmir şəhərində 16-cı Beynəlxalq Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisi keçirilir.

Kənd Təsərrüfatı Nazirliyi xəbər verir ki, sərgi sentyabrın 27-nə qədər davam edəcək.

"AgroExpo” Mərkəzində keçirilən sərgiyə 80 ölkədən 1050 rəsmi qonaq qatılıb. 4 gün davam edəcək sərginin işini 400 minə yaxın ziyarətçinin izləyəcəyi gözlənilir.

Türkiyənin ən böyük kənd təsərrüfatı sərgisi sayılan Beynəlxalq Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisini 10 mindən artıq xarici iş adamı da izləyəcək. Bu il sərgidə ikitərəfli danışıqlar nəticəsində kənd təsərrüfatına dair 1 milyard dollar həcmində qarşılıqlı müqavilələrin imzalanacağı gözlənilir.

Sərginin açılış mərasimində kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Heyət üzvləri pavilyonları ziyarət edib, innovativ yeniliklərin nümayiş olunduğu stendlərlə tanış olublar.

Sərginin açılış mərasimindən sonra iki ölkənin kənd təsərrüfatı nazirləri arasında ikitərəfli görüş keçirilib. Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın sürətlə inkişafından məmnunluq ifadə olunub, martın 17-də Bakıda Azərbaycan və Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsində nəzərdə tutulan istiqamətlər üzrə işlərin davam etdiyi vurğulanıb. Tərəflər qısa müddət ərzində Türkiyədə aqrar sahədə istifadə olunan müasir texnologiyaların Azərbaycanda tətbiqi imkanları ilə bağlı təcrübə mübadiləsi aparıldığını, Türkiyədə mövcud olan müasir təlim metodologiyaları əsasında yerli fermer və mütəxəssislərə təlimlər keçirildiyini xatırladıblar. Hər iki nazir kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb, bunun üçün böyük potensial olduğunu qeyd ediblər.

İnam Kərimov sərgi çərçivəsində Şimali Makedoniyanın kənd təsərrüfatı, meşə və iqtisadiyyat naziri Arjanit Xoca ilə görüşüb. Görüşdə iki ölkənin kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

İzmir 16-cı Beynəlxalq Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisi sentyabrın 27-dək davam edəcək.





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol