Bu şirkət ötən ili zərərlə başa vurub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinə məxsus "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" MMC 2020-ci ili 347 min manat zərərlə başa vurub. Halbuki, şirkət 2019-cu ildən 80 min manat mənfəətlə çıxmışdı. Son nəticədə qurumun yığılmış zərəri 3,3% artaraq 10,833 milyon manata çatıb.
Ötən il "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili"nin əməliyyat gəlirləri 4,001 milyon manat (əvvəlki ilə nisbətən 25,1% az), xidmətlərinin maya dəyəri 2,156 milyon manat (13,2% az), inzibati xərcləri 2,155 milyon manat (20,6% az), maliyyə xərcləri isə 36 min manat (55,5% az) təşkil edib.
Bu il yanvarın 1-nə "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili"nin aktivləri 2,443 milyon manat olub ki, bu da illik müqayisədə demək olar ki, eynidir. Hesabat dövründə şirkətin 80,1% azalaraq 88 min manat, balans kapitalı isə 17,8% artaraq 2,355 milyon manat, o cümlədən nizamnamə kapitalı 0,55% artaraq 2,225 milyon manat olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























