Yelo Bankdan yeni konseptdə daha bir filial

Yelo Bank Sədərəkdə yeni konseptdə filial açıb.
Yelo Bank filial şəbəkəsini artırmaqla xidmətlərinin əhatə dairəsini genişləndirməyə davam edir. "Sədərək” filialı yeni konseptdə təmir edilərək isifadəyə verilən filiallardan sayca üçüncüsüdür.
Yeni filiallar Yelo Bankın yeni strategiyasının yalnız bir hədəf istiqamətidir. Dəyişikliklərin əsas məqsədi müştərilərin bankda keçirdiyi hər dəqiqəni yeni bir müsbət təcrübəyə çevirməkdir. Yeni filial konsepti yalnız daxili təmir işləri ilə yekunlaşmır. Həmçinin əməkdaşlar da yeni Yelo dəyərlərini müştərilərə çatdıraraq onlar üçün müsbət əhval-ruhiyyə və dostluq atmosferi yaradacaq.
Bank yaxın zamanda Bakı şəhərində daha bir neçə yeni filialı müştərilərin xidmətinə verməyi planlaşdırır.
Əlavə suallar üçün 981 nömrəsinə zəng edə və ya Facebook və Instagram hesablarına yaza bilərsiniz.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























