• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlılar maşınlarını motosikletlərə və velosipedlərə dəyişir - FOTOLAR

Azərbaycanlılar maşınlarını motosikletlərə və velosipedlərə dəyişir - FOTOLAR
27.05.2014 16:48

Azərbaycanın bir çox rayonlarında "milçək" adlı 3 təkərli minik motosikletləri və onların müasir Çin istehsalı olan analoqları hər zaman populyar olub. Bakı ətrafında da onlardan minik vasitəsi kimi çox istifadə edirlər. 

Ancaq Bakıda velosipedlərdən və motosikletlərdən nadir hallarda istifadə edilirdi. Xüsusən də velosipedlərdən. 

Keçən ildən isə maşın əvəzinə motosiklətdən və velodan istifadə etmək prosesi intensivləşib. Bakıda motosikl və velo satan mağazaların sayı artmaqdadır, onların təmiri üçün də yerlər açılır. 

Bu minik vasitələri ucuz deyil, çünki söhbət qiyməti 80-100 manat arasında dəyişən uşaq velosipedlərindən getmir. 

Birincisi bu dəbdi. Velosiped və motosikl istehsal edən dünya brendlərinin məhsullarının bizim bazarda reklamı gündən-günə artır. Digər tərəfdən də paytaxtdakı avtomobil yolları çox yüklənmiş vəziyyətdədi, maşınla universitetə və işə vaxtında çatmaq müşkül məsələyə çevrilib. 

Skandinaviyada olduğu kimi Bakıda xüsusi velosiped yolları yoxdur. Mən özüm Stokholmda yol polisinin yol hərəkəti qaydasını pozan velosipedçini cəzalandırdığına şahid olmuşam. İndi bizdə bu, çox ekzotik görünərdi. 

Bakının şəhər rəhbərliyi qısa zamanda paytaxtda velo yolların açılacağına söz verib. 

Motosikldan və velosipeddən istifadənin pis cəhəti odur ki, güclü küləyə və yağışa yaxalana bilərsən. Bundan başqa, Bakı sanki dənizə tərəf enişi olan amfiteatrdır. Aşağı düşdünsə, yuxarı qalxmaq çətin olur. 

Bu qeydin müəllifi şəhərin mərkəzində keçirdiyi 20 dəqiqə ərzində şəhər velosipedləri barədə fotolar çəkib. Təəssüf ki, baykerlər ora-bura elə sürətlə şütüyürlər ki, onları şəkillərini çəkməyi çatdırmırsan. 

Kamal Əli

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol