“Western Union”la beynəlxalq pul köçürmələri indi UBank mobil tətbiqində

Unibank müştəriləri artıq Western Union beynəlxalq pulköçürmə sistemindən istifadə edərək, 200-dən çox ölkəyə mobil telefonlarından pul köçürməsi edə bilərlər. "Unibank”ın mobil tətbiqi UBank-a qoşularaq cəmi bir neçə kliklə Western Union-la saniyələr ərzində dünyanın dörd bir yanına 7/24 pul köçürməsi etmək və qəbul etmək mümkündür.
Pul köçürmələrinə görə tarif dərəcəsi təyinat ölkəsindən və məbləğdən asılı olaraq, köçürülən məbləğin 0,9% -dən başlayır. 14 sentyabr 2021-ci il tarixədək müştərilər Western Union pul köçürmələrində 30% endirim əldə etmək üçün UBANK30 promokodundan da istifadə edə bilərlər.
Xidmət həmçinin köçürmə edənlərə pul ödənilənə qədər əməliyyatı redaktə etməyə və ya geri qaytarmağa imkan verir. Tranzaksiyanın statusunu tətbiqdə davamlı izləmək mümkündür.
Unibank – Sənin Bankın!
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























