Bu il SOCAR Bakı-Novorossiysk kəməri ilə neft ixracını 17 dəfə artırıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-iyun aylarında Bakı-Novorossiysk neft boru kəməri ilə 498,55 min ton neft ixrac edib.
"Report”un "İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer Mərkəzinin məlumatında deyilir.
Bildirilir ki, SOCAR Azərbaycandan Rusiyanın "Transneft” şirkətinin sistemi üzrə bu ilin 6 ayı ərzində Novorossiysk limanına 498,55 min ton neft nəql edib.
Bu, 2020-ci ilin yanvar-iyun aylarının göstəriciləri ilə müqayisədə 16,9 dəfə çoxdur.
Məlumata görə, təkcə iyun ayında bu kəmər ilə 84,9 min ton Azərbaycan nefti nəql edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























