SOCAR Ukrayna dəmir yollarına dizel yanacağı tədarük edəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə "SOCAR Energy Ukraine” şirkəti bu ölkənin dəmir yolları üçün dizel yanacağının alınması ilə bağlı müqavilə imzalayıb.
Məlumata görə, "Ukrayna Dəmir Yolları”nın İstehsalın Təminatı Mərkəzi iyulun 1-də çərçivə müqaviləsinə əsasən 15 min ton dizel yanacağının alınması ilə bağlı tender elan edib.
Belə ki, dəmir yolu müəssisəsi 5 tender keçirəcək və bu tenderin hər birində 3 min ton dizel yanacağının tədarük edilməsi nəzərdə tutulur. Resursun təxmini marjinal dəyəri hər ton üçün 28 min 824,22 qrivna səviyyəsində müəyyən edilib.
"Ukrayna Dəmir Yolları” ("Ukrzaliznitsya”) Ukraynada ən iri dizel yanacağı istehlak edən müəssisədir. Müəssisənin illik istehlakı 300-350 min ton təşkil edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























