SOCAR Gürcüstanda ilin investor şirkəti seçildi

Gürcüstanın "Georgian Times” media holdinqi "Biznes reytinq XXI” mükafatının qaliblərini elan edib.
Anews.az reporta istinadla xəbər verir ki, münsiflər heyətinin qərarı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi "Socar Energy Georgia” ilin investor şirkəti adına layiq görülüb.
Şirkətin nümayəndəsi İrakli Zubitaşvili mükafata görə minnətdarlığını bildirib.
Onun sözlərinə görə, mükafat şirkətə əlavə stimul və motivasiya verəcək: "Şirkətimizin hər bir əməkdaşına təşəkkür edirəm. Onlarsız bu qələbə mümkün olmazdı”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























