• $
  • €
  • ₽
  • ₺
  • £

“Yelo Bank” açıq tender elan edir

“Yelo Bank”  açıq tender elan edir
07.07.2021 15:17
"Yelo Bank” ASC-nin Yeni baş ofisində Fitness zalın fəaliyyəti məqsədilə açıq tender elan edir.
 
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
 
·      Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
·      Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödənişə yönəlmiş girovu olmamalı;
·      Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
·      Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
·      Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı
 
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:
 
·      Təqdim ediləcək məhsulun keyfiyyəti
·      Təklif ediləcək məhsulun qiyməti
·      İştirakçı şirkətin bu sahədə təcrübəsi
·      Şirkətlərin və şirkət əməkdaşlarının bu sahədə sahib olduqları sertifikatlar və lisenziyalar
 
1.    Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
 
·       Qiymət təklifi
·       İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
·       Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
·       Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahələr üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)
 
 
2.    Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı
 
-       Tender təklifləri 16 İyul 2021-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Həsənbəy Zərdabi küç 81 ünvanına yalnız bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
-       Zərflərin hər küncü möhürlənməlidir.
-       Qiymətlər Azərbaycan manatı ilə qeyd olunmalıdır.
-       Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.
-       Əgər ehtiyac yaranarsa bankın əlaqəli şəxsi ilə əlaqə saxlanılıb bankın mətbəx və restoran ərazisinə bağış keçirilə bilər.
 
3.    Tələb olunan xidmətlər
 
·       Təchizatçı şirkətdən hər hansı bir icarə ödənişi tələb olunmayacaq və qiymət təklifi təqdim olunan zaman bu nüansın nəzərə alınmalıdır.
·       Baş ofisdə nəzərdə tutulan idman zalının ərazi 175 sq.m-dir.
·       Qadınlar üçün qadın, kişilər üçün kişi məşqçi.
·       Bütün trenajor/fitness avadanlıqları şirkət tərəfindən təqdim olunmalıdır.
·       İş rejimi həftə içi səhər saat 07:00-09:00 və 18:00-22:00, həftəsonu isə saat 08:00-21:00
·       Qalib şirkət 1 avqust 2021 ci il tarixində fəaliyyətə başlamaq qabiliyyətində olmalıdır.
 
4.    Qiymət təklifi təqdim olunmalıdır:
-       Gündəlik
-       Ay ərzində 8 giriş
-       Ay ərzində 12 giriş
-       Ay ərzində 16 giriş  
 
 
 
 
5.    Alətlər
Minimum aşağıda qeyd olunan alətlər olmalıdır.
·      Hyperextension
·      Crossover
·      Hammer leg extension
·      Chest + Shoulders (Bench Press)
·      Chest + Triceps (Bench Press)
·      Leg press
·      Smith (squats + bench press)
·      Exercise bike
·      Bench
·      Treadmill
·      Dumbbells
·      Hummer horizontal pull (back)
·      Horizontal block pull (back)
·      Barbells
 
6.    Ödəniş və digər şərtlər
·      Tender iştirakçıları keyfiyyət və istehsalçı meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.
·      Tenderin qalibi olan şirkətdən Bankda fəaliyyəti üçün icarə və hər hansi bir kommunal ödənişi tələb olunmur.
·      Müqavilə 1 il ərzində qüvvədə olacaq.
·      Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.
·      Ödəniş işçilər tərəfindən olunacaq.
 
7.    Satınalan təşkilatın ünvanı
Bakı ş. Həsənbəy Zərdabi 81K,
Əlaqələndirici şəxs:
Anar Asgarzade
İnzibati və Təchizat departamentinin
Təchizat və satınalma şöbəsinin rəhbəri
+99412 981 daxili 1974
+99455 5056575
[email protected]

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol