Müəllimlər maaşlarını belə hesablayacaq

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqqının hesablanması üçün onlayn kalkulyator xidməti yenilənərək vətəndaşların istifadəsinə verilib.
Bu barədə Anews.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Bunun üçün Təhsil Nazirliyinin rəsmi internet səhifəsinin "Onlayn kalkulyator” (https://edu.gov.az/calculator) keçidinə daxil olmaq lazımdır. Onlayn kalkulyator xidməti vasitəsilə ümumi təhsil müəssisələrində çalışan bütün müəllimlər əməkhaqqını hesablama imkanı əldə edəcəklər.
Müəllimlər "Onlayn kalkulyator” (https://edu.gov.az/calculator) keçidinə daxil olmaqla müvafiq məlumatları qeyd etməli və "Hesabla” düyməsini seçməlidir. Bu zaman hesablanmış əməkhaqqı ekranda əks olunacaq. Müəllimlər ödənilən əlavələr, əməkhaqqından tutulmalar barədə məlumatları sağ tərəfdə açılan cədvəl vasitəsilə əldə edə biləcəklər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























