• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Komitəsində AŞPA nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Komitəsində AŞPA nümayəndə heyəti ilə görüş keçirilib
27.07.2021 16:34
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Fuad Hüseynov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin üzvü, "Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri” mövzusunda hazırlanacaq hesabatın məruzəçisi Pol Qavan ilə görüşüb.
 
Anews.az xəbər verir ki, görüşdə qonaqlara Azərbaycan ərazilərinin işğalına səbəb olan münaqişənin tarixi və nəticələri haqqında məlumat verilib. Qeyd edilib ki, Ermənistan tərəfindən 30 ilə yaxın işğalda saxlanılan ərazilərimiz dağıntılara məruz qalıb, yaşayış binaları, fərdi evlər, tarixi və dini abidələrimiz məhv edilib. Bu müddətdə respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin sosial problemlərinin həllinə diqqət və qayğı göstərilib. Prezident İlham Əliyevin tapşırığı əsasında məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, maddi rifahının yüksəldilməsi prioritet təşkil edib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən onlara xüsusi yanaşma olub.
 
Məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıtması üçün, dövlət tərəfindən mühüm tədbirlər görülür. "Ağıllı kənd” layihəsi əsasında qəsəbələr salınır. İlk belə qəsəbə Zəngilan rayonu Ağalı kəndində salınır, 200 fərdi mənzilin tikintisi həyata keçirilir. Tamamilə dağıdılmış Ağdam şəhərinin yenidən qurulmasına başlanılıb.
 
AŞPA-nın Humanitar nəticələr üzrə məruzəçisi Pol Qavan bildirib ki, məcburi köçkün məsələsi həssasdır və onlarla bağlı həyata keçirilən tədbirlər istiqamətində Azərbaycan hökumətinin üzərinə mühüm vəzifələr düşür. O, işğaldan azad edilmiş ərazilərdə aparılan işlərdə Azərbaycan dövlətinə uğurlar arzulayıb.
 
Görüşdə AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin katibliyinin rəhbəri Mark Nevil iştirak edib.
 
Dövlət Komitəsi sədrinin müavini qonaqların məcburi köçkünlərin məşğulluğu, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qayıdış və digər məsələlərlə bağlı suallarını cavablandırıb. 
 
 
Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov beynəlxalq ekspert Cefferi Senoqleslə də görüşüb. Ekspert Ermənistanın 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərinə vurduğu ziyanla bağlı məlumat toplayır. Toplanmış materiallar əsasında beynəlxalq məhkəməyə müraciət ünvanlanacaq.
 
Görüşdə Cefferi Senoqlesi maraqlandıran suallar cavablandırılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol