• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanla Rusiya qaz mübadiləsi sahəsində müqavilə imzaladı

Azərbaycanla Rusiya qaz mübadiləsi sahəsində müqavilə imzaladı
27.07.2021 19:11
Azərbaycan və Rusiya təbii qazın mövsümi mübadiləsi sahəsində əməkdaşlıq edəcək. Müvafiq müqavilə "Azərkontrakt” və "Qazprom” qrupu arasında imzalanıb.

Anews.az  xəbər verir ki, "Azərkontrakt” şirkətindən verilən məlumata görə, müqavilə yay mövsümündə Azərbaycandan Rusiyaya, həmçinin qış mövsümündə Rusiyadan Azərbaycana analoji həcmdə qazın tədarükünü nəzərdə tutur.

Tədarük həcmi yay aylarında Azərbaycanda qaz hasilatı və istehlak səviyyəsindən asılı olacaq. Azərbaycan tərəfindən müvafiq həcmdə məhsulların qəbulu və göndərilməsi baxımından müqavilənin texniki icrasını Dövlət Neft Şirkəti (SOCAR) həyata keçirəcək.
Müqavilə tərəflərə öz neft-qaz infrastrukturundan optimal istifadə etməyə imkan verəcəkdir. Ölkədə qaz hasilatının sürətlə artması fonunda Azərbaycan ölkə daxilində istehlak səviyyəsinin əhəmiyyətli dərəcədə artdığı qış mövsümü üçün öz təbii qazının əlavə həcmini tədarük etmək imkanı əldə edir.

Müqavilənin qüvvədə olması müddəti 2023-cü ilə qədər nəzərdə tutulub.

Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 1996-cı il tarixli 519 nömrəli Fərmanı ilə keçmiş Material Ehtiyatları Nazirliyi və Ticarət Nazirliyinin bazasında yaradılmışdır.

2021-ci ildən "Azərkontrakt” ASC təbii qazın topdan alqı-satqısı üzrə SOCAR-ın əvvəlki funksiyalarından birini yerinə yetirməyə başladı. Cari ildən başlayaraq qaz hasil edən şirkətlər ilə qazpaylayıcı və enerji istehsalçıları arasında vasitəçi rolunda sözügedən şirkət çıxış edir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol