SOCAR Ukraynanın Müdafiə Nazirliyinə 4 min ton dizel yanacağı satacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi "SOCAR Energy Ukraine” şirkəti bu ölkənin Müdafiə Nazirliyinin elan etdiyi tenderin qaliblərindən biri olub.
"Report” bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.
Məlumata görə, nazirlik 26 960 ton dizel yanacağının alınması üzrə elan etdiyi tenderin nəticələrini açıqlayıb. Qaliblər "Alyans Energo Trade”, "Exxon UK” və "OKKO Kontrakt” şirkətləri ilə yanaşı "SOCAR Ukraine” şirkətidir. Azərbaycan şirkətindən tonu 29 445 qrivnadan (1 870 manat) 4 min ton dizel yanacağı alınacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























