• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya Bankı Azərbaycana pul ayırmağı təxirə salıb

Dünya Bankı Azərbaycana pul ayırmağı təxirə salıb
23.05.2014 14:02
Dünya Bankı (DB) Azərbaycanda üç layihəyə əlavə maliyyə vəsaitlərinin ayrılmasının bəyənilməsini başqa vaxta keçirib. Bundan əvvəl maliyyələşdirmənin bəyənilməsi mayın 30-na planlaşdırılmışdı.ANN.Az Marja-ya istinadən xəbər verir ki, DB-nin Bakıdakı nümayəndəliyindən çərşənbə axşamı verilən məlumata görə, bankın Direktorlar Şurası həmin layihələrə baxılma vaxtını iyul-avqust aylarına keçirib:“Müddətin dəyişdirilməsinə səbəb lazımi sənədlərin hazırlanması ilə bağlıdır ki, bu da adi təcrübədir”.Söhbət “Milli su təchizatı və kanalizasiya xidmətləri”, “Azərbaycan kənd investisiyaları” və “Məhkəmə xidmətləri və “ağıllı” texnologiyalar” layihələrindən gedir.“Milli su təchizatı və kanalizasiya xidmətləri” layihəsinin həyata keçirilməsinə bank əlavə olaraq 150 milyon dollar məbləğində əlavə maliyyə vəsaiti ayırmağa hazırlaşır. Azərbaycan hökumətinin bu layihədə iştirak payı 83 milyon dollar təşkil edəcək. Əlavə maliyyələşdirmə çərçivəsində layihənin müddəti 2017-ci il dekabrın 31-dək uzadılacaq.DB-nin “Azərbaycan kənd investisiyaları” (AzRIP-2) ikinci layihəsinin davam etdirilməsi üçün əlavə olaraq 86,56 milyon dollar tələb olunur.Əlavə maliyyələşdirmədə bankın iştirak payı 50 milyon dollar təşkil edəcək, yerdə qalan 36,56 milyon dollar Azərbaycan hökuməti tərəfindən təmin olunacaq. Əlavə maliyyələşdirmə çərçivəsində layihənin müddəti 2018-ci il sentyabrın 30-dək uzadılacaq.“Məhkəmə xidmətləri və “ağıllı” texnologiyalar” layihəsinin (“Judicial Services and Smart Technologies Project”, JSSTP) maliyyələşdirilməsinə isə 100 milyon dollar tələb olunur. Azərbaycan hökumətinin bu layihədə iştirak payı 100 milyon dollar təşkil edəcək. Layihənin 2018-ci il dekabrın 31-dək reallaşdırılması nəzərdə tutulub.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol