• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda xüsusi pilotsuz təyyarələrdən istifadə olunacaq

Azərbaycanda xüsusi pilotsuz təyyarələrdən istifadə olunacaq
23.05.2014 13:51
Azərbaycanda geoməkan məlumatların toplanılması üçün xüsusi pilotsuz təyyarələrdən istifadə olunması nəzərdə tutulur. Bununla bağlı İsveçrənin Cenevrə şəhərində Dünya Geoməkan Forumu çərçivəsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) müvafiq şirkətlərlə danışıqlar aparıb. Bunu “APA-Economics”ə DTXK-nın Geoməkan ve informasiya texnologiyaları, beynəlxalq əlaqələr şöbəsinin müdiri Cavid Abdullayev bildirib. Şöbə müdiri deyib ki, geoməkan texnologiyaları hazırda sürətlə inkişaf edən sahələrdən biridir: “İstifadə etdiyimiz informasiyanın 80%-ı məkana bağlı informasiyadır. Ona görə də ümumiyyətlə, informasiya texnologiyaları sahəsində işləyən insanlar bu günə qədər istifadə olunan sistemlərdə məkana bağlı hissəsinin analizi, saxlanılması, ötürülməsi və s belə məsələlərə xüsusi önəm vermirdilər. İndi istənilən smartfon, planşet kompüter əlinizə alarkən birinci verilən sual ondan ibarətdir ki, sizin məkan məlumatlarınızdan istifadə etmək olarmı? O baxımdan bu məsələlər böyük aktuallıq təşkil edir. “Geospatial Media and Communication”ının təşkilatçılıq etdiyi forum çərçivəsində geoməkan texnologiyaları sahəsində ixtisaslaşan şirkətlər il ərzində istehsal etdikləri məhsul və texnologiyaları təqdim edir, o cümlədən öz patentlərini digər şirkətlərlə bölüşürlər”. C. Abdullayev bildirib ki, geoməkan məlumatlarının toplanması ilə bağlı indi yeni texnologiyalar mövcuddur. Bununla bağlı danışıqlar aparılıb, hazırda texnoloji razılaşdırmalar gedir.  “İndiyə qədər çəkilişlər, fotoplanların hazırlanması və digər məsələlər üçün Yerin zondlanma peyklərindən alınırdı. Müasir texnologiyalar belədir ki, kiçik pilotsuz təyyarələr vasitəsilə lokal çəkilişlər aparılır. Bundan sonra xüsusi proqram təminatı onu lazım olan formata gətirir və onun üzərində artıq iş görmək, hər cür elektron xəritələr yaratmaq mümkündür. Bunlardan əldə etmək və istifadə etmək gündəmdə olan məsələlərdən biridir”, - deyə C. Abdullayev qeyd edib.   Lakin C. Abdullayev qeyd edib ki, bu texnologiyanın ölkədə tətbiqi üçün bir çox məsələlər nəzər alınmalıdır. Belə ki, Azərbaycanda güclü külək, rütubət kimi amillər vardır ki, bu aparatlar onlara dözümlü olmalıdır.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol