İctimai Şuraya seçkilər keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə seçkilərlə bağlı yaradılmış komissiyanın növbəti iclası keçirilib.
İclasda bir sıra məsələlər, o cümlədən seçkilərin keçirilməsi tarixi, yeri və vaxtı müzakirələr edilib.
Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə” nin tələblərinə əsasən, birgə yığıncaqda səsvermə hüququ əldə etmək istəyən vətəndaş cəmiyyəti institutları avqustun 11-nə qədər təmsilçisi haqqında məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) [email protected] elektron poçt ünvanı vasitəsilə seçki komissiyasına təqdim edə bilərlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























