Bakı metrosunda problem

Bakı Metropolitenində qatarların hərəkətində gecikmə qeydə alınıb.ANS PRESS-in məlumatına görə, ötən axşam saat 18:20-dən etibarən "Həzi Aslanov" istiqamətində qatarların hərəkətində gecikmə müşahidə olunub."Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, gecikmələrə səbəb "İnşaatçılar" stansiyasında vaqonun qapılarından birinin açılmaması olub. Vaqonun qapısı açılıb sərnişinlər təxliyyə olunduqdan sonra qatar depoya göndərilib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























