Azərbaycanda maska istehsalı 3 dəfə azalıb

"Sərt karantin vaxtı gün ərzində 150 min tibbi maska istehsal edirdiksə, indi bir gündə 50 min maska istehsal olunur”.
Anews.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq "Bakı Tekstil Fabriki”ndən məlumat verilib.
Bildirilib ki, Sumqayıt Kimya-Sənaye Parkında yerləşən fabrik ötən ilin dekabr ayında Rusiya və Almaniyaya tibbi maskaların ixracına başlamağı planlaşdırsa da, belə təşəbbüs baş tutmayıb:
"Karantin qaydalarının yumşalması və açıq havada maska məcburiyyətinin götürülməsi səbəbilə maskaya tələbat aşağı enib. Belə ki, sərt karantin vaxtı gün ərzində 150 min maska istehsal edirdiksə, indi isə 50 min maska istehsal olunur. Bu, onu göstərir ki, ölkə üzrə maskaya tələbat azalıb.
Eyni zamanda, çox təəssüf ki, xaricə maska ixracını düşünsək də, bu, hələ baş tutmayıb. Ölkəmizdən xaricə maska ixrac olunmur”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























