Dövlət Şəhərsalma və Arxitektura Komitəsi gəlirini artırıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2020-ci ildə 19,957 milyon manat gəlir əldə edib.
Qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 2,8% çoxdur.
Komitənin gəlirlərinin 85,4%-i və yaxud 17,038 milyon manatı qeyri-birja əməliyyatlarından əldə olunub (dövlət büdcəsindən ayırmalardır). Bu, illik müqayisədə 8,3% azdır. Ötən il qurumun birja əməliyyatlarından gəlirləri 3,9 dəfə artaraq 2,919 milyon manata çatıb, sair əməliyyatlardan gəlirləri isə 100% azalıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























