Ukrayna iyulda Azərbaycandan 60 milyon dollar dəyərində neft alıb

2021-ci ilin yanvar-iyul ayları ərzində Ukrayna Azərbaycandan ümumilikdə 266,97 milyon ABŞ dolları dəyərində, iyul ayı ərzində isə 59,55 milyon ABŞ dolları dəyərində neft alıb.
Bu barədə Dövlət Gömrük Xidmətindən məlumat verilib. Ukrayna bu il 618,02 min ton neft və neft xammalı idxal edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 28,5 % (246,87 min ton) daha azdır.
Cari ilin 7 ayı ərzində 267,35 milyon ABŞ dolları dəyərində neft idxal edilib ki, bunun 266,97 milyon ABŞ dolları dəyərində olan hissəsi Azərbaycandan, qalan 0,39 milyon ABŞ dolları dəyərində olan hissəsi isə Latviyadan idxal edilib. Müvafiq olaraq, Ukraynanın idxal etdiyi neftin 99,9 %-i Azərbaycanın payına düşür.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























