Nazirlik: ""469 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan "Məşğulluq marafonu”na qoşulan və bununla şəhidlərimizin ailə üzvlərinin, Vətən müharibəsində yaralanmış qazilərimizin məşğulluğuna dəstəyini ifadə edən işəgötürənlərin sayı artmaqdadır.
Nazirlikdən anews.az-a verilən məlumata görə, marafonda iştirak edən işəgötürənlərin sayı artıq 413-ə çatıb. 202-si dövlət, 211-i özəl müəssisələr olan həmin işəgötürənlər tərəfindən marafona 1854 vakansiya təqdim edilib. Bu vakansiyalar üzrə artıq 469 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Onlardan 369-u qazi, 100-ü şəhid ailəsi üzvləridir.
Hazırda vakansiyalar üzrə həmin kateqoriyalardan olan vətəndaşlara göndərişlərin verilməsi prosesi davam edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























