• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb
19.08.2021 11:44
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) baş tutmuş iclasının protokolunun dərc edilməsi həm dünya bazarlarında neft qiymətlərinin ucuzlaşmasına, həm də ABŞ dollarının məzənnəsinin artmasına səbəb olub.

Anews.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:08-ə olan məlumata görə, Şimal dənizində hasil olunan "Brent” markalı neftinin oktyabr fyuçersləri 1,26 % ucuzlaşaraq, 1 bareli 67,37 ABŞ dollarına satılıb. "WTI" markalı neftinin sentyabr fyuçerslərinin qiyməti 1,62 % düşərək, 1 bareli 64,4 ABŞ dolları, oktyabr fyuçerslərinin qiyməti isə 1,47 % ucuzlaşaraq, 1 bareli 64,25 ABŞ dolları təşkil edib.

İclasın protokolunda qeyd olunur ki, ABŞ iqtisadiyyatı gözləntilərə uyğun şəkildə inkişaf edərsə maliyyə aktivlərinin bazardan alınması templərinin aşağı düşməyə başlaması üçün tələb olunan şərtlər artıq cari ildə formalaşa bilər. İclasın bəzi iştirakçıları isə alış tempinin növbəti il azalmağa başlamasını daha məqsədəuyğun hesab edib. Bundan sonra ABŞ dollarının məzənnəsi nəzərəçarpacaq dərəcədə artmağa başlayıb ki, bu da xammal aktivlərinin qiymətlərinin dinamikasında öz əksini tapıb.

Tələbatla bağlı narahatlıqlar da neft qiymətlərinə təsirsiz ötüşmür. Belə ki, dünyada koronavirusa yoluxma səviyyəsinin artması hökumətləri karantin tədbirlərini sərtləşdirməyə məcbur etməklə tələbatla bağlı qısamüddətli risklər yaradır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol