“Azercell Telecom” MMC 2021-ci il üzrə STEVİE Beynəlxalq Biznes Mükafatlarının qızıl laureatı oldu

"Azercell
Telecom” MMC Əşyaların İnterneti (IoT) texnologiyaları əsasında az enerji tələbatlı
sensorlar konsepsiyasının tətbiq olunması üzrə hazırlıq səviyyəsinə görə 18-ci
Stevie Beynəlxalq Biznes Mükafatlarında "İlin ən innovativ şirkəti”
nominasiyasında qızıl mükafata layiq görüldü.
Azercell
bu konsepsiyanı Azərbaycanda həyata keçirən ilk şirkətdir. Mobil operatorlar bu
tipli sensor və qurğuları dəstəkləmək üçün LTE şəbəkəsində "az enerji tələbatlı
genişmiqyaslı şəbəkə” (NB-IoT – Narrow-Band Internet of Things) funksiyasını təklif
edir. Azercell Telekom da bu imkanı şəbəkəsinə tətbiq edərək lazımi sınaq testlərini
keçirib, abunəçilərinə xidmət və əməkdaşlığa hazır vəziyyətə gətirmişdir.
Stevie
Mükafatı qalibləri iyun ayından avqust ayının əvvəlinə qədər davam edən qiymətləndirmə
prosesində iştirak edən dünyanın 260-dan çox nüfuzlu idarəçilərin ortalama
balları əsasında müəyyən olunmuşdur. Bu il demək olar ki, bütün sahələrdə fəaliyyət
göstərən və müxtəlif miqyasda olan müəssisələr tərəfindən müxtəlif
nominasiyalara 3,700-dən artıq layihə təqdim olunmuşdur.
Qeyd edək
ki, aparıcı mobil operator ötən il nüfuzlu Beynəlxalq STEVIE mükafatının 3-qat
qalibi olmuşdur. Şirkət yüzlərlə müəssisə arasından "İlin telekommunikasiya
şirkəti” adına layiq görülərək Qızıl mükafat qazanmışdır. Azercell eyni zamanda
"İlin ən innovativ şirkəti” və "Ən dəyərli korporativ məsuliyyətli şirkət”
nominasiyaları üzrə Bürünc mükafat əldə etmişdir.
Beynəlxalq
Biznes Mükafatları dünyanın nüfuzlu biznes mükafatları proqramıdır. Müxtəlif illərdə Google, Microsoft Corporation,
Türk Telecom, Vodafon Türkiyə, Etisalat, Dell Technologies, Mayersk Company, HP
Inc., UNESCO ICHCAP, IBM və s. nüfüzlu şirkətlər bu beynəlxalq müsabiqədə
iştirak edib qalib seçilənlər sırasındadır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























