Azərbaycan spot qazı 3 illik müqavilələrlə Türkiyə şirkətlərinə satılacaq

Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) təbii qazın spot ticarəti ilə bağlı yeni qərarına əsasən, qazın idxalı üçün artıq 1 illik deyil, ardıcıl 3 illik həcm müraciəti edilə biləcək.
"Report” bu barədə türk mətbuatına istinadən xəbər verir.
Belə ki, əvvəlki illərdə hər qaz ilindən əvvəl, idxal giriş nöqtələrində yalnız müvafiq qaz ili üçün və sadəcə 1 illik müraciət edilə bilirdi. Yeni qərarla təbii qazın spot tədarükü üçün ardıcıl 3 ilik müraciət etmək olacaq.
EPDK-nın yeni qərarı ilə ilkin mərhələdə Azərbaycandan Türkiyəyə təbii qaz idxal edilən giriş nöqtələrindən - Türkgözü, TANAP Seyitgazi və TANAP Trakyadan, 2022, 2023 və 2024 qaz illəri üçün illik spot qaz idxalı elanları veriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























