SME Bankçılıq Yay Məktəbi davam edir

AccessBank SME Bankçılıq Yay Məktəbi layihəsini uğurla davam etdirir. Layihə, bankçılıq üzrə iş təcrübəsi olmayan və karyerasını Kiçik və Orta Biznes (KOB-SME) sahəsi üzrə qurmaq istəyən universitet məzunları üçün nəzərdə tutulub.
SME Bankçılıq Yay Məktəbi namizədlərə maliyyə və kredit sahəsində nəzəri və praktik biliklər verməklə yanaşı, həm də gələcəkdə onlara yerli Avropa Bankının komandasının üzvü olmaq şansı da yaradır.
Azərbaycanda fəaliyyət göstərən bankların KOB-SME sahəsində işləyən əməkdaşlarının böyük bir qismi AccessBank məktəbinin yetirmələridir.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı,Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla 28 filialı fəaliyyət göstərir.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























