• $
  • €
  • ₽
  • ₺
  • £

“AzerGold” QSC-nin xalis mənfəəti 3 dəfə artıb

“AzerGold” QSC-nin xalis mənfəəti 3 dəfə artıb
27.08.2021 13:22
"AzerGold” Səhmdar Cəmiyyətinin xalis mənfəəti 2020-ci ildə 2019-cu illə müqayisədə təqribən 287,3% artaraq $48,2 mln təşkil edib, bu barədə "AzerGold” QSC yayımladığı 2020-ci ilin yekunlarına dair maliyyə hesabatında bildirilir. 


2020-ci ildə 2019-cü illə müqayisədə   səhmdar cəmiyyətin qızıl hasilatında 8,7%, gümüş hasilatında isə 17,6% artım qeydə alınıb. Hesabat ilində qızıl və gümüşün beynəlxalq birjalarda satışından ölkə iqtisadiyyatına $110,2 mln vəsait cəlb edilib ki, bu da 2019-cu ilin göstəricisindən 28% çoxdur.


"AzerGold” QSC-nin ümumi kapitalı 2020-ci illə müqayisədə 2,6 dəfə artaraq  $98 mln-dən çox olub. "Ümumi kapitalın artması cari ilin xalis mənfəəti, həmçinin dövlət tərəfindən nizamnamə kapitalının artırılması hesabına əldə edilib. 2020-ci ilin sonuna "AzerGold” QSC-nin səhm kapitalı $29,5 mln ötüb", - deyə məlumatda bildirilir.


Hesabat ilində "AzeriGold" 29,6 mln manat məbləğində investisiya qoyub.


Şirkətin auditi "PricewaterhouseCoopers” (PwC) təşkilatı tərəfindən aparılıb. 


"AzerGold" prezident İlham Əliyevin sərəncamı ilə 11 fevral 2015-ci ildə yaradılıb. 
Səhmdar cəmiyyət "Qaradağ", "Çovdar", "Göydağ", "Dağkəsəmən" qızıl və dəmir yataqlarında, "Köhnəmədən" ərazisi və Kürəkçay hövzəsində tədqiqat, kəşfiyyat və hasilat işləri ilə məşğul olur.  
 
Rafiq Şahbazov



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol