Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac artıb

2021-ci ilin ilk 7 ayı ərzində Azərbaycanın ixracı 11,4 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,4 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 316,7 mln. ABŞ dolları artıb. Bu barədə anews.az-a İqtisadi islahatların təhlili və kommunikasiya mərkəzindən verilib.
2021-ci ilin yanvar-iyul ayları ərzində Rusiyaya 467,9 milyon, Türkiyəyə 359,3 milyon, İsveçrəyə 129,5 milyon, Gürcüstana 94 milyon və ABŞ-a 33,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Rafiq Şahbazov
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























