• $
  • €
  • ₽
  • ₺
  • £

Köçürmə Komissiyası “Sovetski”də tikinti işləri aparılmasına aydınlıq gətirdi

Köçürmə Komissiyası “Sovetski”də tikinti işləri aparılmasına aydınlıq gətirdi
20.05.2014 15:18
“Bakının “Sovetski” məhəlləsində söküntü sahəsinə düşən yaşayış və qeyri-yaşayış sahələri dövlət tərəfindən alınırsa, həmin ərazilərin tikinti üçün özəl şirkətlərə satılmasından söhbət gedə bilməz”.Bunu APA-ya açıqlamasında Bakının “Sovetski” məhəlləsində söküntü işləri aparılacaq ərazilərin çoxmərtəbəli binaların tikintisi üçün artıq ayrı-ayrı tikinti şirkətlərinə satıldığı barədə yayılan məlumatlara münasibət bildirən Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Komissiyanın sədri Səməd İslamov söyləyib. S.İslamov deyib ki, “Sovetski”də söküntü işləri gündəmə gəlməzdən bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyəti bəzi tikinti şirkətlərinə həmin ərazidəki müəyyən sahələrdə tikinti işləri aparmaq üçün sərəncamlar verib: “Məsələn, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında Abdulla Şaiq küçəsində bir tikinti şirkəti tərəfindən ərazi alınıb. Həmin ərazi söküntü sahəsinə düşdüyü üçün hazırda Komissiya ilə tikinti şirkəti arasında o ərazinin geri alınması ilə bağlı danışıqlar aparılır. Ancaq “Sovetski” məhəlləsində elə ərazilər də var ki, söküntü sahəsinə düşmür. Bunlardan biri də Balababa Məcidov küçəsidir. Hələ söküntüdən bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyəti bir tikinti şirkətinə orada tikinti işləri aparmaq üçün sərəncam verib. Hazırda Balabala Məcidov küçəsi söküntü sahəsinə düşmədiyi üçün Komissiya ilə o şirkət arasında həmin ərazinin geri alınması barədə danışıqlar aparılmır”. S.İslamov bildirib ki, ümumiyyətlə, özəl şirkətlər tərəfindən söküntü ərazisində tikinti işlərinin aparılması barədə müraciətlər belə olmayıb: “Söküntü ərazisinə düşən sahələrdə gələcəkdə Bakı şəhərinin Baş Planına uyğun hansı işlər görüləcək, hansı sosial obyektlər tikiləcək, bu, sonranın məsələsidir. Hazırda hər hansı tikintidən söhbət getmir”.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol