Nazirlik: 26 min insana dövlət dəstək paketi verilib

Prezident İlham Əliyevin tapşırığına əsasən, postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri, qazilər, müharibə əlilləri, erməni terrorundan zərər çəkənlər, onların yaxınları ilə bağlı icra olunan sosial dəstək tədbirləri artıq 26 min şəxsi əhatə edib.
Nazirlikdən anews.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində şəhid ailələri və müharibə əlillərindən ibarət 9100 nəfərə 18400 sosial ödəniş təyinatı həyata keçirilib. 7 mindən çox şəxsə sosial-psixoloji və reabilitasya yönümlü 10 min xidmət göstərilib. 140 hərbçi yüksək texnologiyalı müasir protezlə, 1200-ə yaxın müharibə əlili 8800-dən çox reabilitasiya vasitəsi ilə təmin olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























