Azad olunmuş ərazilərdə ilk bu təsərrüfat sahələri fəaliyyət göstərəcək

İşğaldan azad olunmuş ərazilərə əkin sahələri üçün subsidiyaların ayrılması stimullaşdırıcı xarakter daşıyır. Bu hazırda bir pilot layihə kimi həyata keçirilir, bunu anews.az-a Aqrar Tədqiqat Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.
"İlk olaraq biz azad olunmuş ərazilərdə arıçılıq və qoyunçuluq təsərrüfatının fəaliyyətinə başladıq. Növbəti mərhələdə bu əkin sahələrində meyvəçiliyin inkişafı üçün subsidiyaların ayrılması da nəzərdə tutulur. Nar,zeytun fındıq,kivi bağlarının salınması da tədbirlər planımıza aiddir. Dövlət planına uyğun vətəndaşların köçürülməsindən sonra fermerlərin və subsidiyalarln hesablanması planı hazırlanacaq",-deyə mərkəzin direktoru bildirib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























