• $
  • €
  • ₽
  • ₺
  • £

Azad edilmiş bu ərazilərdə SOCAR-ın yanacaqdoldurma məntəqələri istifadəyə verilib

Azad edilmiş bu ərazilərdə SOCAR-ın yanacaqdoldurma məntəqələri istifadəyə verilib
07.09.2021 13:24
Işğaldan azad edilmiş Ağdamda SOCAR brendli modul tipli yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib, - bu barədə SOCAR-ın mətbuat xidmətinin rəhbəri  İbrahim Əhmədov anews.az-a bildirib.
 
"YDM-in istifadəyə verilməsi bu gün Qarabağda quruculuq işləri həyata keçirilən bir vaxtda nəqliyyat vasitələrinin fasiləsiz yanacaqla təmin edilməsi üçün olduqca əhəmiyyətlidir". 
 
SOCAR-ın sözçüsünün sözlərinə görə, ehtiyac artdıqca bütün azad olunmuş ərazilərdə insanları yanacaqla təmin etməyə qurum hazırdır.

Modul tipli məntəqədə "A-92” markalı benzin və "dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. 

Bu ilin yanvarından isə Şuşada da yanacağın səyyar çatdırılmasına başlanılmışdı.
 
Füzuli hava limanında gedən tikinti işləri ilə bağlı Bakıdan Füzuliyə yük daşınmalarında istifadəyə verilən AZAL şirkətinin təyyarələri SOCAR tərəfindən təmin edilir. 

"Füzulidə YDM hələki yoxdur. Təyyarə yanacağına gəldikdə isə, AZAL şirkətini SOCAR yanacaqla təmin edir", - deyə Əhmədov əlavə edib. 

Ağdamda istifadəyə verilən yanacaq doldurma məntəqəsi SOCAR-ın sayca 40-cı YDM-dir. 
 
Samirə Əli




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol