Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təqaüd proqramı elan etdi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) təqaüd proqramı elan edir.
Layihənin məqsədi İnformasiya Texnologiyalarının müxtəlif istiqamətləri üzrə ölkəmizdə kadrların yetişdirilməsini sürətləndirmək, həmin sahələrdəki mövcud çatışmazlıqları aradan qaldırmaq və bu istiqamətlərin ölkədə inkişafına töhfə verməkdir.
Proqram dövlət-özəl tərəfdaşlığı əsasında NRYTN-in "Whelp” startapı ilə birgə təsis etdiyi "Code and More” təhsil layihəsi çərçivəsində keçiriləcək.
Bununla yanaşı, layihədə "Tech Academy”, İsrail – Azərbaycan Təlim Mərkəzi və "İKT LAB” Tətbiq və Tədris Mərkəzi təhsil tərəfdaşları və Gənclər Fondu kommunikasiya tərəfdaşı kimi iştirak edir.
Məlumat üçün bildirək ki, proqramda yerlər məhdud saydadır. Bu səbəbdən namizədlərə qeydiyyatdan keçmək üçün tələsmək tövsiyə olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























