Azərbaycan susuz qala bilərmi?

"Su ehtiyatlarımız azalan istiqamətdədir. Baxmayaraq ki, 2020-ci ilin faktiki göstəriciləri ilə müqayisədə bu il 36.3 mlrd kub metrdir, ancaq keçən ilki su ehtiyatları hesablananda işğaldan azad olunmuş ərazilərdə, Şərqi Zəngəzur və Qarabağ bölgəsində olan ərazilərdəki su həcmləri həmin su balansına daxil edilməmişdi. Amma bu ildən həmin bölgələrdəki su həcmləri də ölkəmizin su ehtiyatlarına daxil edilib",-deyə Kərimov əlavə edib.
Kərimov deyir ki, işğaldan azad edilmiş ərazilərin su ehtiyatının göstəriciləri iqlim dəyişikliyi səbəbindən su həcminin azalma tendensiyasını nəzərə almaqla hesablanıb. Azad olmuş ərazilərimizdə 1.8-2 milyard kub metrə yaxın su ehtiyatları var. Bunlar Araz çayı da daxil olmaqla 14 çay, 9 su anbarı, 3 təbii göl-Böyük Alagöl, Kiçik Alagöl və Qaragöllərdə formalaşan su ehtiyatlarıdır.
Mövcud su ehtiyatlarının təqribən 65 faizi ölkədən kənarda formalaşan su ehtiyatlarıdır və tranzit çaylar vasitəsilə Azərbaycan ərazilərinə axır. Yerdə qalan 35 faizi isə Azərbaycanın ərazisində formalaşan sulardır və bu, ümumilikdə bütün yeraltı və yerüstü su ehtiyatlarını təşkil edir.
Nazir müavininin fikrincə, həmin ölkələrdəki çayların üzərində müxtəlif infrastrukturun qurulması, su elektrik stansiyalarının, müxtəlif su anbarlarının tikilməsi, bu ölkələrin ərazilərində suların azsulu əkin sahələrinə və digər ərazilərə ötürülməsi də Azərbaycana gələn suların miqdarının azalmasının səbəblərindəndir.
Azərbaycanın su ehtiyatları həm 2021, həm də 2022-ci illər üçün bu proqnoz təsdiqlənib.
Azərbaycanın 2021-ci il üçün təsdiqlənmiş proqnoz su ehtiyatlarının 27.7 milyard kub metri yerüstü su ehtiyatları, 8.6 milyard kub metr isə yeraltı su ehtiyatlarıdır.
2020-ci ildə ölkənin su ehtiyatları 33.8 milyard kub metr olub. Bu, 2019-cu illə müqayisədə 8-10 faiz azalma deməkdir. 2019-cu ildə su ehtiyatları isə 36.8 milyard kub metr təşkil edib.
Samirə Əli
6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi.
QEYD: Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

www.anews.az
























