Müdafiəyə nə qədər pul xərclənib?

2021-ci ilin ilk altı ayında dövlət büdcəsi xərclərinin 7654,9 milyon manatı (2020-ci ilin eyni dövrü ilə müqayisədə 643,3 milyon manat və ya 7,8 faiz az) və ya 66,0 faizi cari xərclərə, 3052,1 milyon manatı (2020-ci ilin eyni dövrü ilə müqayisədə 500,2 milyon manat və ya 19,6 faiz çox) və ya 26,4 faizi əsaslı xərclərə, 883,5 milyon manatı (2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 milyon manat və ya 0,3 faiz çox) və ya 7,6 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
2020-ci ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin ilk altı ayında müdafiə xərclərinə 73,9 faiz və ya 1076,3 milyon manat, səhiyyə xərclərinə 24,5 faiz və ya 163,4 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 8,2 faiz və ya 65,4 milyon manat, ətraf mühitin mühafizəsi xərclərinə 4,2 faiz və ya 3,1 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 3,5 faiz və ya 5,5 milyon manat çox vəsait yönəldilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























