ÜDM-in həcmi 102,6 milyard manata çatacaq

İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2022-ci il və sonrakı üç il üzrə makroiqtisadi proqnoz göstəricilərinə əsasən, baza ssenaridə (neftin bir barelinin orta illik qiyməti 2021-2022-ci illər üzrə 55 ABŞ dolları, 2023-2025-ci illər üzrə 50 ABŞ dolları fərz edilməklə) cari ildə ölkədə ÜDM-in real artımı 4,6 faiz olmaqla 82,3 milyard manat, o cümlədən, qeyri-neft ÜDM-in artımı 5,2 faiz olmaqla, 55,1 milyard manat təşkil edəcək.
Proqnozlara əsasən, ortamüddətli dövrdə iqtisadi artım templərinin bərpa edilməsi ilə ölkədə ÜDM-in həcminin 2022-ci ilin sonuna 87,5 milyard manat, 2025-ci ildə isə 102,6 milyard manata qədər artacağı gözlənilir.
İqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi növbəti illərdə də əsas strateji iqtisadi prioritetlərdən biri olmağa davam edəcəkdir. İqtisadi artımın əsas hərəkətverici qüvvəsinin neft sektorundan qeyri-neft sektoruna transformasiya olunması sayəsində dövlət büdcəsində qeyri-neft gəlirlərinin payının davamlı artımına nail olunacağı gözlənilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























