Azərbaycanda bu lisenziyaların müddəti uzadılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə "Azercell” MMC, "Bakcell” MMC və "Azerfon” MMC arasında 10 il müddətinə müvafiq lisenziya müqavilələri bağlanıb.
Nazirlikdən verilən məlumata görə, bu müqavilələrə sellülar (mobil) rabitə xidmətləri (2G(GSM), 3G(UMTS) və 4G(LTE) texnoloji standartları) fəaliyyət növü üzrə lisenziyalar daxildir.
Mobil rabitə operatorlarına müvafiq lisenziyaların verilməsi onların öz abunəçilərinə yeni nəsil texnologiyalarından və texnoloji standartlardan istifadə etməklə daha səmərəli, keyfiyyətli və peşəkar xidmət göstərməsinə imkan yaradacaq.
Bununla yanaşı, lisenziya müqavilələrinin bağlanması ölkəmizdə dayanıqlı və təhlükəsiz rəqəmsal infrastrukturun inkişaf etdirilməsinə və rəqəmsal transformasiyanın sürətləndirilməsinə xidmət edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























