2022-ci ilin büdcə layihəsi nə söz verir? - AÇIQLAMA

Azərbaycan Maliyyə Nazirliyi 2022-ci ilin dövlət büdcəsinin layihəsini təqdim edib. Büdcə layihəsində gələn il neftin qiyməti 45 dollar, planlaşdırılan xərclər 28,974 milyard manat, gəlirlər 26,407 milyard manat, büdcə kəsiri 2.567 manat, İqtisadiyyatda artım 4 faiz,orta illik inflyasiya 3.6 faiz, Dövlət Neft Fondundan büdcə transferləri 11.860 milyard manat yəni gəlirlərin 45 faizi qədər müəyyən olunub.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Vahid Əhmədov bildirib ki, büdcə layihəsində 2025-ci ilə qədər neftdən asıllığın müəyyən qədər azalması nəzərdə tutulub.
"2022-ci ilin büdcə layihəsində vəsaitin əsas hissəsi Qarabağın bərpasına və Ordu quruculuğuna ayrılacaq. Növbəti illər üçün qeyri neft sektorundan gələn gəlirlərin artması da nəzərdə tutulur. Qarabağdakı bərpa işləri tam başa çatdıqdan sonra oradakı quruculuq qeyri neft sektorunun inkişafına müsbət təsir edəcək. Əsas strukturun düzgün təkmilləşməsidir. Elə məhsullar var ki, Azərbaycanda istehsal etmək mümkündür. Bu zaman ixrac azalacaq, həmin məhsullar ölkə daxilində istehsal olunacaq. Bunlar da ÜDM-un artımına səbəb olacaq. Zamanla qeyri neft sektorundan gələn gəlirlər 70 faizə qədər yüksələcək”, - deyə deputat qeyd edib.
"Ötən il büdcənin təxminən 52 faizi neft sektorundan gələn gəlirlər hesabına formalaşmışdı. Bu il də büdcə gəlirlərinin 52 faizi neft sektorunun payına düşəcək. Neft sektorundan büdcəyə daxil olacaq vəsaitin 87.5faizi birbaşa Neft Fondundan transfer olunacaq. Bu da büdcə gəlirlərinin 45 faizi deməkdir. Azərbaycan yaxın bir neçə ildə hələ Neft Fondundan asılı qalacaq. ÜDM artımı gözləniləndir. Neftin qiymətinin artması, Qarabağdakı bərpa işlərindən sonrakı fəaliyyət ÜDM artıracaq. Son bir necə ildə infiliyaslya 4 faizin üzərində qalır. Həm dünya ərzaq qiymətləri, həm də qlobal qeyri ərzaq qiymətləri indeksi sürətli şəkildə artır. Bu da Azərbaycan əhalisinin sosial vəziyyətini pisləşdirir. Qeyri neft sektorundan gələn gəlirlərin büdcə xərclərini bağlamaması bir daha Neft Fondundan asılı olduğumuzu göstərir. Əgər Neft Fondundan transferlər olmasa hətta əhalinin pensiya və sosial təminatında ciddi problemlər yaranacaq. Yenidən karantin qaydaları tətbiq edilməsə ölkədə iqtisadiyaytın inkişafı müsbət tərəfə dəyişəcək”, - deyə ekspert bildirib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Aydın Hüseynov da 2022-ci ilin dövlət büdcəsi layihəsi kifayət qədər nikbin ssenarilərə, dayanıqlı inkişafa, təmkinli fiskal siyasətə əsaslandığını düşünür.
"Hər il büdcədə vergi-gömrük daxilolmalarının həcmi artır. Eyni zamanda, iqtisadi artımın əsas hərəkətverici qüvvəsinin neft sektorundan qeyri-neft sektoruna transformasiya olunması sayəsində dövlət büdcəsində qeyri-neft gəlirlərinin payının davamlı artımına nail olunacağı gözlənilir. 2022-ci ildə qeyri-neft gəlirləri 47,6 faiz (2021-ci ildə 45,8 fazi), 2023-cü ildə 49 faiz, 2024-cü ildə 51 faiz, 2025-ci ildə 52,8 faiz proqnozlşadırılır”, - deyə əlavə edib.
www.anews.az
Bəs 2022-ci ilin büdcəsi ölkə iqtisadiyyatına nə kimi təsir edəcək?
"2022-ci ilin büdcə layihəsində vəsaitin əsas hissəsi Qarabağın bərpasına və Ordu quruculuğuna ayrılacaq. Növbəti illər üçün qeyri neft sektorundan gələn gəlirlərin artması da nəzərdə tutulur. Qarabağdakı bərpa işləri tam başa çatdıqdan sonra oradakı quruculuq qeyri neft sektorunun inkişafına müsbət təsir edəcək. Əsas strukturun düzgün təkmilləşməsidir. Elə məhsullar var ki, Azərbaycanda istehsal etmək mümkündür. Bu zaman ixrac azalacaq, həmin məhsullar ölkə daxilində istehsal olunacaq. Bunlar da ÜDM-un artımına səbəb olacaq. Zamanla qeyri neft sektorundan gələn gəlirlər 70 faizə qədər yüksələcək”, - deyə deputat qeyd edib.
Vahid Əhmədov həmçinin COVİD-19-la mübarizəyə təxminən 4 milyard pul xərcləndiyini bildirdi.
İqtisadi ekspert Xalid Kərimli isə hesab edir ki, Maliyyə Nazirliyinin 2022-ci il büdcə lahiyəsi ötən ilin büdcəsinin təkrarıdır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Aydın Hüseynov da 2022-ci ilin dövlət büdcəsi layihəsi kifayət qədər nikbin ssenarilərə, dayanıqlı inkişafa, təmkinli fiskal siyasətə əsaslandığını düşünür.
"Hər il büdcədə vergi-gömrük daxilolmalarının həcmi artır. Eyni zamanda, iqtisadi artımın əsas hərəkətverici qüvvəsinin neft sektorundan qeyri-neft sektoruna transformasiya olunması sayəsində dövlət büdcəsində qeyri-neft gəlirlərinin payının davamlı artımına nail olunacağı gözlənilir. 2022-ci ildə qeyri-neft gəlirləri 47,6 faiz (2021-ci ildə 45,8 fazi), 2023-cü ildə 49 faiz, 2024-cü ildə 51 faiz, 2025-ci ildə 52,8 faiz proqnozlşadırılır”, - deyə əlavə edib.
Gülnar Nazimqızı
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























