• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda kibergigiyena üzrə əməkdaşlıq platforması yaradılır

Azərbaycanda kibergigiyena üzrə əməkdaşlıq platforması yaradılır
13.09.2021 17:31
Elektron Hökumətin İnkişafı Mərkəzində (EHİM) kibergigiyena üzrə əməkdaşlıq platformasının yaradılmasına dair əməkdaşlıq müqaviləsi imzalanıb. 


Sənədi EHİM-in direktoru Fariz Cəfərov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Rəis müavini Azər Əhədov və "B.EST Solutions” MMC-nin direktoru Jana Krimpe imzalayıblar. 


Müqavilə müvafiq platformanın istifadəsi, idarə edilməsi, informasiya təhlükəsizliyinin təşviqi və müvafiq təbliğat işlərinin aparılmasını əhatə edir. 


Rəqəmsal transformasiya və texnoloji inkişaf dövlət və özəl sektor əməkdaşlarının kibertəhlükəsizlik tədbirlərinə daha həssas yanaşmasını tələb edir. Məlumatların qorunması və informasiya təhlükəsizliyinin təmin edilməsi zəruri avadanlıqlarla yanaşı, həm də internet və məlumatlardan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edilməsini zəruri edir.  


   Əməkdaşlıq çərçivəsində qurum və şirkətlərin mövcud və ya yarana biləcək təhlükə, eləcə də risklərdən qorunması məqsədilə kibertəhlükəsizlik haqqında maarifləndirmə tədbirlərinin və təlimlərin keçirilməsi nəzərdə tutulub. Layihənin icrası çərçivəsində qurum və şirkətlərin əməkdaşlarının kiberhücum nümunələri əsasında hazırlanmış simulyasiya testlərinə  yanaşmaları və hazırlıqları müəyyən ediləcək. Təlim və testlər NATO tərəfindən mükafatlandırılmış Estoniyanın kibertəhlükəsizlik şirkəti – "CybExer”in proqram təminatı vasitəsilə həyata keçiriləcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol