• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR: “Bütün dəniz əməliyyatları üçün sıfır tullantı siyasəti tətbiq edilib”

SOCAR: “Bütün dəniz əməliyyatları üçün sıfır tullantı siyasəti tətbiq edilib”
14.09.2021 15:57
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) gələcəyə baxır və hidrogenin inkişafına maraq göstərir.

Bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov İCİS-ə müsahibəsində bildirib.

O bildirib ki, SOCAR hidrogenin inkişafına böyük önəm verir və artıq bununla bağlı müvafiq strategiyanın hazırlanması üzərində işləyir: "Biz hidrogen istehsalı və istifadəsi ilə məşğul olan bir şöbə yaratmışıq və hidrogenin Cənub Qaz Dəhlizi və ya digər mövcud boru kəməri sistemləri vasitəsilə bazarlara nəqli variantlarını fəal şəkildə öyrənirik. Artıq İsveçrədəki bəzi yanacaqdoldurma məntəqələrində hidrogen yanacağı doldurmaq üzərində işləyirik və 2022-ci ildə istismara verilməsini planlaşdırırıq”.

O, SOCAR-ın karbondan təmizləmə işlərinə ciddi yanaşdığını bildirib və əlavə edib ki, BP şirkəti ilə birlikdə, fövqəladə hallar istisna olmaqla, bütün obyektlərdə qazın yandırılması dayandırılıb: "Bütün dəniz əməliyyatları üçün sıfır tullantı siyasəti tətbiq edilib”.

Ancaq bununla belə vurğulayıb ki, SOCAR "yaşıl enerji”yə keçidin zəruriliyini nəzərə alaraq, qazın əhəmiyyətli bir yanacaq olaraq qalmağa davam edəcəyi üçün qarşıdakı dövrün daha çox inqilab deyil, "yaşıl təkamül” olaraq xarakterizə ediləcəyini bildirib: "Bir çox ABŞ və avropalı siyasətçiləri elə davranırlar ki, sanki üzvü yanacaqdan uzaqlaşan bir enerji artıq baş verib, tələb meylləri və qiymət tendensiyaları isə başqa bir şey söyləyir".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol