Yelo Bank-dan Cocuq Mərcanlı məktəblilərinə dəstək

Yelo Bank 14 sentyabr 2021-ci il tarixində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində baş tutmuş "Kəndlərdə idmanı inkişaf etdirək” layihəsinə dəstək olub. Layihə AFFA və Cəbrayıl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Görüşdə 44 gün davam edən Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən geniş miqyaslı tikinti quruculuq işləri və bu cür tədbirlərin regionlarda idmanın inkişafı üçün əhəmiyyəti qeyd edilib.
Tədbirin sonunda Yelo Bank sağlam həyat tərzinə marağı artırmaq məqsədi ilə məktəbliləri idman geyimləri ilə təmin edib.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook və Instagram hesablarımıza yazın cavablandıraq!


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























