Azərbaycanda hansı kriptovalyutaya maraq daha çoxdur?

"Pandemiya ilə bağlı olaraq dünyanın demək olar ki, bütün ölkələri onun iqtisadiyyata vurduğu ziyanları neytrallaşdırmaq üçün yumşaldıcı pul- kredit siyasətinə üstünlük veriblər. Bunun nəticəsi olaraq əksər ölkələrin Mərkəzi Bankları faiz dərəcələrini azaldaraq, yumşaq pul-kredit siyasəti nəticəsində dövriyyədə olan pul kütləsinin miqdarını artırıblar".
Seymur İbadov bildirib ki, pandemiya dövründə dünyada və ölkəmizdə kriptovalyutalara maraq artıb:
"Bütün bu baş verən amillər isə öz növbəsində investorları aşağı faizlərin mövcud olduğu bir dönəmdə klassik investisiya alətlərindən kənar, başqa maliyyə alətləri axtarmağa vadar edib. Məhz bu baxımdan pandemiyanın höküm sürdüyü dönəmlərdə demək olar ki, investorlar tərəfindən kriptovalyutalara olan maraq artıb. Bu tendensiya bizim ölkədən də yan keçməyib”.
S.İbadov Azərbaycanda əhalinin ən çox hansı kriptovalyutaya yönəldiyini qeyd edib:
"Qeyd edək ki, kriptovalyutaların sayı yüzlərlə ölçülür və demək olar ki, vaxtaşırı yeni kriptovalyutaların yaradılması barədə informasiyalar alırıq.
Kriptovalyutaların sayının çox olmasına baxmayaraq əsas bir neçə kriptovalyutalar mövcuddur ki, bunlar bu bazarda həlledici məqama malikdir. Belə ki, hazırda kriptovalyutaların bazar dəyəri 2 trilyon ABŞ dollarından artıqdır. İlk növbədə bu tip alətlər arasında ilk rəsmi kriptovalyuta hesab edilən "Bitcoin" qərarlaşıb. İnvestorlar arasında sıralamada məşhurluğuna görə 2-ci yerdə isə "Ethereum" qərarlaşıb. Sonra ilk onluqda bu kriptovalyutalardan sonra "Cardano", "Binance Coin", "XRP,Dogecoin", "Solana", "Polkadot", "Uniswap" qərarlaşıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























