“Zod” qızıl mədənini işlədən Rusiya şirkətinin gəlirləri açıqlanıb – SON RƏQƏMLƏR

2021-ci ilin ilk yarısında Ermənistanda ən çox vergi ödəyən şirkətlərin siyahısı açıqlanıb.
Ermənistanın Milli Statistika Xidməti 2021-ci ilin ilk yarısında ən çox vergi ödəyən şirkətin "Gazprom Ermənistan" olduğunu açıqlayıb.
"Gazprom Ermənistan" şirkəti bu ilin ilk 6 ay ərzində dövlət büdcəsinə 28,4 milyard dram (58,1 milyon dollar) vergi ödəyib.
Ermənistanın ən böyük vergi ödəyiciləri sırasında 5-ci yeri vaxtı ilə Azərbycanın Kəlbəcər rayonu ərazisində yerləşən "Zod” qızıl mədənini qanunsuz şəkildə istismar edən Rusiyanın "GeoProMiningGold” şirkəti tutub. "GeoProMiningGold” şirkəti bu ilin ilk yarısında büdcəyə 12,4 milyard dram (25,3 milyon dollar) vergi ödəyib.
Ötən ilin ilk yarısında "GeoProMiningGold” şirkəti builkindən 22% daha çox - 15,9 milyard dram (32,7 milyon dollar) vergi ödəyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























